Xoş gəlmisiniz!

Sizi 2 fevral 2019 tarixində Bakı şəhərində keçiriləcək Ümumdünya Xərçəng Gününə həsr edilmiş III Azərbaycan Onkologiya və Nüvə Təbabəti Simpoziumuna böyük məmnuniyyətlə dəvət edirik.

Sizi ürəkdən salamlayır və bu günü bizimlə birlikdə keçirəcəyinizə görə dərin minnətdarlığımızı bildirmək istəyirik.

Təcrübələrimizi paylaşa biləcəyimiz şəraitlə bağlı iştirakınızı yüksək qiymətləndirir, birlikdə bu tədbirin imkanlarından faydalanacağımıza inanırıq.

Nəzərinizə çatdırırıq ki, simpoziumda iştirak ödənişsizdir amma yerlər məhdud olduğundan erkən qeydiyyat vacibdir. Qeydiyyatdan keçənlərin ixtisas sahəsi iştirak üçün nəzərə alınacaqdır.

Simpoziumda iştirakçılarımıza Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən təsdiqlənmiş Davamlı Tibbi Təhsil üzrə kredit saatlar nəzərə alınmaqla sertifikatların təqdim olunması nəzərdə tutulur. Bu səbəbdən şəxsiyyət vəsiqələrinizi özünüzlə gətirməyi unutmayın.

Qeydiyyat başa çatmışdır. (300 nəfər)

100%

Simpozium təşkilat komitəsi sədri

Akademik Dr. Cəmil Əliyev

Proqram

Şənbə, 2 fevral 2019

Zaman Mövzu Məruzəçi
8:30—9:00 Qeydiyyat
1-ci sessiya
9:00—10:00 Açılış çıxışı Akademik Cəmil Əliyev
10:00—10:20 Baş-boyun şişlərində müasir yanaşma Prof. Dr. Əziz Əliyev
10:20—10:40 PET/KT görüntüləmənin bu günü və gələcəyi Prof. Dr. Francesco Giammarile
10:40—10:55 Nüvə təbabətində yeni trendlər: Yerli təcrübəmiz Dr. Fuad Novruzov, MD, PhD
10:55—11:15 Azərbaycan onkoloji xidmətinin beynəlxalq miqyasda tanınması və qiymətləndirilməsi Prof. Dr. Mehmet Şükrü Güzel
11:20—11:40 Çay fasiləsi
2-ci sessiya
11:40—12:10 Onkoloji müalicə taktikası: Xəstə nümunələri ilə Dr. Anar Məmmədov, MD
12:10—12:30 Transoral lazer cərrahiyyəsi Prof. Dr. Ozan Bağış Özgürsoy
12:30—12:50 Baş beyin və boyun şişlərində təkrari radioterapiyanın yeri varmı? Prof. Dr. Beste Atasoy
12:50—13:10 Metastatik qaraciyər şişlərinin radioembolizasiya müalicəsi Prof. Dr. Tunç Öneş
13:10—13:25 PSMA radioliqandları ilə diaqnostik və terapevtik seçimlər Prof. Dr. Axel Rominger
13:25—13:45 Çoxsaylı sümük metastazlarında ağrı palliasiyası Prof. Dr. Özlem Küçük
13:45—14:00 Metastatik prostat xərçəngində molekulyar görüntüləmə və radionuklid müalicə Dr. Fuad Novruzov, MD, PhD
14:00-15:00 Nahar Fasiləsi
3-cü sessiya
15:00—15:20 Residiv ginekoloji şişlərin və prostat xərçənginin təkrar radioterapiyası Prof. Dr. Beste Atasoy
15:20—15:40 Neyroendokrin Törəmələrdə gorüntüləmə və radionuklid müalicə Prof. Dr. Özlem Küçük
15:40—16:00 Triple neqativ süd vəzi xərçənginin müalicəsinə müasir yanaşma Prof. Dr. Gül Başaran
16:00—16:20 Süd vəzi xərçəngində onkoplastik cərrahiyyə Dr. Samir Qurbanov, MD, PhD
16:20—16:40 Uşaqlıq boynu xərçənginin diaqnostikası və müalicəsinə müasir yanaşma Dr. Turan Nadirova, MD
16:40—17:00 Nevroloji və onkoloji xəstəliklərin molekulyar diaqnostikası Prof. Dr. Axel Rominger
17:00—17:20 Naməlum mənşəli törəmələrin diaqnostikasında PET/KT-nin rolu Dr. Elnur Mehdi, MD
 

Bunları bilirsinizmi?

Məruzəçilər

Sizə yadda qalan və faydalı prezentasiya təqdim etmək üçün mütəxəssisi olduqları spesifik ixtisas üzrə məruzəçilər dəvət etmişik.

Prof. Dr. Əziz Əliyev

Prof. Dr. Əziz Əliyev

Bakı, Azərbaycan

Milli Onkologiya Mərkəzi, Baş-Boyun Cərrahiyyəsi şöbəsinin müdiri

Prof. Dr. Francesco Giammarile

Prof. Dr. Francesco Giammarile

Vyana, Avstriya

Avropa Nüvə Təbabəti Cəmiyyətinin məsul təmsilçisi

Prof. Dr. Axel Rominger

Prof. Dr. Axel Rominger

Bern, İsveçrə

Bern Universiteti, Nüvə Təbabəti bölməsi rəhbəri

Prof. Dr. (h.c) Mehmet Şükrü Güzel

Prof. Dr. (h.c) Mehmet Şükrü Güzel

Cenevrə, İsveçrə

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məsul işçisi


Prof. Dr. Özlem Küçük

Prof. Dr. Özlem Küçük

Ankara, Türkiyə

Ankara Universiteti, Nüvə Təbabəti bölməsi

Prof. Dr. Gül Başaran

Prof. Dr. Gül Başaran

İstanbul, Türkiyə

Acıbadem Üniversitesi, Medikal onkologiya bölməsi

Dr. Ozan Bağış Özgürsoy

Prof. Dr. Ozan Bağış Özgürsoy

Ankara, Türkiyə

Ankara universiteti, Baş-boyun cərrahiyyəsi bölməsi

Prof. Dr. Wolfgang Wadsak

Prof. Dr. Beste Atasoy

İstanbul, Türkiyə

Marmara Universiteti, Radiasiya Onkologiyası bölməsi


Dr. Fuad Novruzov

t.ü.f.d., Dr. Fuad Novruzov

Bakı, Azərbaycan

Milli Onkologiya Mərkəzi, Nüvə Təbabəti şöbəsinin müdiri

Prof. Dr. Tunç Öneş

Prof. Dr. Tunç Öneş

İstanbul, Türkiyə

Marmara Universiteti, Nüvə Təbabəti bölməsi

Dr. Elnur Mehdi

Dr. Elnur Mehdi

Bakı, Azərbaycan

Milli Onkologiya Mərkəzi, Nüvə Təbabəti şöbəsinin şüa diaqnostika həkimi

Dr. Anar Məmmədov

Dr. Anar Məmmədov

Bakı, Azərbaycan

Milli Onkologiya Mərkəzi, Ambulator kimyaterapiya şöbəsi müdiri

Dr. Turan Nadirova

Dr. Turan Nadirova

Bakı, Azərbaycan

Milli Onkologiya Mərkəzi, Qadın Sağlamlığı şöbəsi

Dr. Samir Qurbanov

t.ü.f.d., Dr. Samir Qurbanov

Bakı, Azərbaycan

Milli Onkologiya Mərkəzi, Ümumi onkologiya şöbəsi

Sponsorlar

Bu tədbirin keçirilməsinə göstərdikləri dəstəyə görə sponsorlarımıza dərin təşəkkürümüzü bildiririk.

Zəfəran Hospital

Zəfəran Hospital - keyfiyyətli tibbi xidmət konsepsiyasını rəhbər tutaraq əhaliyə 24 saat xidmət göstərir.

SieTek

SieTek şirkəti tibbi avadanlığın quraşdırılması və zəmanətli xidmət üzrə fəaliyyət göstərir.


EDH nükleer tip ve sağlik hİzmetleri

Sağlık sektörünün sürekli yenilenen ve değişen ihtiyaçlarını karşılamak ve bütünsel bir yaklaşımla paydaşlarına değer katmak amacıyla 2017 yılında kurulan şirket faaliyetlerini Nükleer Tıp’ta kullanılan cihazların satışı ve satış sonrası destek hizmetleri, Radyofarmasötik ve Radyoizotopların satışı ve dağıtımı, Nükleer Tıp Departmanları ve Radyofarmasötik Üretim Tesisleri Kurulumuna odaklanarak sürdürmektedir.

MOLTEK

MOLTEK A.Ş, nükleer tıp sektöründe lider olma yolunda faaliyetlerini sürdürmektedir. Kuruluşumuz, 2007 yılında gerekli yatırımları yaparak, 2009 yılında radyofarmasötik üretimi ile faaliyete başlamıştır. Sektörün gereksinimi doğrultusunda da nükleer tıp alanında ürün çeşitlerini çoğaltmaktadır.

Məqalə qəbulu

Məkan haqqında

AONMS 2019 Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Fairmont otelinin Nizami Zalında keçiriləcək.

Konfrans Zalı

Yığıncaq

AONMS 2019 Fairmont Baku hoteli nin "Nizami zalı"nda keçiriləcək. Otel Bakının simvolu olun Alov qüllələrində, dağüstü park ilə üzbəüz yerləşmişdir.

Obyektivlik

Obyektivlik

Konfrans zalında siqaret çəkilməsi qadağandır.
Mühazirələr zamanı telefonlarınızı səssizə almağınızı xahiş edirik.

ID Badge

Təhlükəsizlik

Təhlükəsizlik məqsədi ilə zal girişində yoxlama təşkil olunmuşdur. Sizin ID yaxa kartlarınız girişdə veriləcəkdir.


Transport

Nəqliyyat

Avtobuslar: 3 və 18

Parklama: Mümkündür

Taksi: Uber, Taxify

Bakı haqqında

Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Müasir Bakının ruhu həqiqətən də cəlbedicidir. Qədim tarixlə zəngin Bakı bu gün də dinamik inkişaf edir. Müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar fəaliyyət göstərir. Ətraflı

Maiden Tower

Hava

Bakı Xəzər dənizinin qərb sahilində yerləşir, onun sahəsi 2,2 min kv.km təşkil edir. Şəhərin mərkəz hissəsi amfiteatr kimi pilə-pillə Bakı körfəzinə doğru enir. Bakının iqlimi mötədildir, yayı isti və bir qədər rütubətli, qışı isə mülayimdir. Tədbir tarixində havanın buludlu və 5°C hərarətdə olması gözlənilir (ətraflı).

Əlaqə

Hər hansı bir sual və ya təklif üçün: fuad.novruzov@ntm.аz

  • Fairmont Baku
  • Address: Mehdi Hüseyn küç 1A
  • Tel: +994 12 565 48 48
  • Veb sayt: fairmont.com/baku